Bu il yaz bir o qədər də normal keçmir.
Yəni leysan yağışlar, güclü külək, dolu kənd təsərrüfatına, o cümlədən meyvəçiliyə böyük ziyan vurub. Heç kimə sirr deyil ki, belə bir qeyri-sabit. hava şəraitində məhsul bol ola bilməz! Son günlərdə isə ölkə ərazisində qarın və güclü küləyin olması meyvəçiliyə daha böyük zərbə vurub.
Belə ki, güclü külək Aran rayonlarında, eləcə də Quba, Qusar, Xaçmaz rayonlarında ərik, alça, gilas, gavalı ağaclarında meyvələrin hamısını yerə töküb. İndi bazalarda və marketlərdə keyfiyyətli yerli adını çəkdiyimiz meyvələri tapmaq çox çətindir. Xaçmazdan Bakıya meyvə gətirib satan Səfər kişi deyil ki, bu il gilas, ərik, albalı çox baha olacaq.
Çünki fasiləsiz yağan yağışlar və güclü külək meyvələri yaman günə qoyub. Buna görə də həmin meyvələrin qıtlığı yaranıb!Demirik meyvə olmayacaq, meyvə olacaq, amma baha qiymətə satılacaq!
Emil Faiqoğlu