06 Iyun 2025 19:50
126
DÜNYA

Paşinyan Azərbaycan xalqını TƏBRİK ETDİ - FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Adalet.az xəbər verir ki, bu barədə baş nazir X hesabında yazıb. 

"Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram", - deyə o qeyd edib.