ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

127 | 2025-06-06 20:23

Azərbaycan Dəmir Yolları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, iyunun 5-də Bakı–Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub.

Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 % doluluqla (530 sərnişin) yola düşüb.

Həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq, 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.

  • Iyun:
  • 6

TƏQVİM / ARXİV