06 Iyun 2025 16:56
107
HADİSƏ

Yüksək sürət can aldı...

Yol-nəqliyyat hadisələri bir çox səbəblərdən baş verir. Yəni sürücü yol hərəkəti qaydalarını pozursa, bu o deməkdir ki, qəzalar qaçılmazdır.

Gənclər isə avtomobilin sükanı arxasında əyləşən kimi , onu yüksək sürətlə idarə etməyə daha böyük maraq  göstərirlər! Bu  isə  bir çox halda qəzalarla nəticələnir.Əlbəttə, avtomobillə mənzil başına sağ- salamat çatmaq hamının arzusudur. Amma bəzən sürücülərin sürət  həvəsi üzündən bu arzu yarımçıq qalır! Bir neçə gün bundan əvvəl Qazax rayonunda dörd dost yeyib- içəndə sönra  avtomobilə əyləşərək gəzməyə gediblər. Sükan arxasında əyləşən gənc nəqliyyat vasitəsin yüksək sürətlə idarə edib.

Və nəticədə avtomobil idarəetmədən çıxıb, qarşıdakı marketə çırpılıb. Qəza zamanı avtomobildəki gənclərin dördü də   hadisə yerində dünyaların dəyişiblər. Bax bu da yüksək sürətin  acı faciəsi. Ona görə də, sükan arxasında əyləşərkən məsuliyyətli, diqqətli olmaq lazımdır ki, ağır qəzalar baş verməsin. Və bu hadisə avtomobilləri yüksək sürətlə idarə edən digər gənclərə də  bir ibrət dərsi olmalıdır. Ki, nəqliyyat vasitələrini yüksək sürətlə idarə etməsinlər!

Emil Faiqoğlu