15 May 2025 18:49
167
DÜNYA

Zelenski: Putin olmadan İstanbul danışıqlarında iştirakım mənasızdır

Rusiya lideri Vladimir Putin olmadan İstanbuldakı danışıqlarda iştirakımın mənası yoxdur.

Adalet.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Mənim iştirakımın mənası yoxdur. Putin gəlməyib, gəlib-gəlməyəcəyini isə bilmirik. Prezident Tramp da müəyyən mesaj verib, ola bilsin ki, gələcək. İstənilən halda hələ dəqiq qərar yoxdur", - o vurğulayıb.