Hər fəsildə balıq yemək olar...

84 | 2025-05-15 11:35

Bunu biz demirik. Bunu bu sahə üzərə olan mütəxəssislər deyirlər.

Onlar deyirlər  istənilən fəsildə balıq yemək mümkündür. Yetər ki, o balıq təzə olsun.El dilində demiş olsaq, lap yayın lap istisində   çaydan, göldən , dənizdən həmin an çıxarılan balıq çox dadlı olur və onu yemək heç bir təhlükə  yaratmır. El arasında onu da deyirlər ki, adətən balıq payız- qış mövsümündə yeyilir. Bəzi köhnə balıqdan qışda və payızda da zəhərlənmək olur.

Bu sahə üzrə mütəxəssis Akif Əlizadə deyir ki, düzdür, soyuq aylarda balıq daha çox istehlak  olunur, amma bu o demək deyil ki, isti aylarda balıq yeyilməməlidir.  Avropa ölkələrində, elə qardaş Türkiyədə ilin bütün aylarında restoran və yeməkxanalarda  insanlara balıq təklif olunur və onu da hamı ləzzətlə yeyir.Görünən odur ki, bizim ölkədə belə bir təsəvvür yaranıb  ki, balığı , ancaq soyuq aylarda yeyərlər.

Təbii ki, bu da, yanlış düşüncədir. Əgər balıq təzədirsə və o, yaxşı təmizlənibsə, ən isti ayda belə həmin məhsulu yemək qorxulu deyil. Qorxulu odur ki, balıq köhnə olmasın.Deməli, burdan belə bir məntiqi nəticə çıxır ki, istənilən ayda balıq yemək olar və onun heç fəsadı yoxdur!!!

Emil Faiqoğlu    

TƏQVİM / ARXİV