Keçinin buynuzu geyişəndə... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
1832 | 2023-08-16 09:24

Dünyanın ən güclü əsgəri Azərbaycan əsgəri!

O,öz gücünü  44 günlük İkinci Qarabağ savaşında göstərdi. Və gücü nəinki ermənilər bütün dünya gördü. Bütün dünya gördu ki, 30 il BMT-nin çıxardığı dörd qətnamə havada qaldı və icra olunmadı.

Və o qətnaməni  Azərbaycan Ordusu, Azərbaycan əsgəri həyata  keçirdi! Ali Baş Komandan, Prezident İlham Əliyev və Azərbaycan  Ordusu göstərdi ki, biz öz gücümüzlə hər işi həll edə bilirik, heç bir ölkə  məmləkətimizə yuxarıdan aşağı baxan bilməz!  Ermənilər və onun havadarları Azərbaycan Ordusunun  gücünə yaxşı bələddir! Çünki ordumuz 44 günlük savaşdakından  da qat-qat güclüdür.

Sadəcə bəzən  havadarlarına arxayın olub, küçə itləri kimi ağız-ağıza verib hürürlər. Bir neçə dəfə başları əzilib, bax onda da quyruq bulayıblar. Deyirlər ki, keçinin  buynuzu geyişəndə çobanın çomağına sürtər! Bax indi də onların  deyəsən , buynuzları geyişir. Hərçənd ki, onların buynuzları   44 günlük savaşda  sındırılıb! Ordusu olmayan, on mindən çox fərarisi olan  bir ölkənin hansı döyüs  yolundan danışmaq olar?!İndi yenə sərhəddə  və Qarabağda tez-tez atəşkəsi  pozurlar! Amma darıxmayın , elə həmin anda da payların alırlar.

Çünki Azərbaycan Ordusu , Azərbaycan  əsgəri ilə heç kim zarafat eləyə bilməz! Bütün dünya ermənilərin arxasında dayanıb! Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbayan Ordusunun  arxasında isə Allah durub! İndi görək  kim güclüdür- ermənilər, yoxsa, biz?!

TƏQVİM / ARXİV