Yazıçı- publisist, araşdırmaçı Nazim Tapdıqoğlunun yeni çapdan çıxmış kitabı belə adlanır.Kitada Beyləqan rayonunun Kəbirli kəndinin toponimləri, tarixi-memarlıq abidələri və kəndin Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman oğullarının şərəfli döyüş yollarından söhbət açılır.
Kəbirli kəndinin ərazisindəki toponimlər ilk dəfə olaraq tədqiqat obyekti kimi linqvistik, tarixi və coğrafi baxımdan araşdırılmış, izahlı təhlil edilmişdir.
Kitabda bəzi Kəbirli əsilli böyük ziyalılar və şəxsiyyətlər barəsində qısa məlumatlar verilmişdir. Kitabın redaktorları Ofeliya Həsənova, İradə Kazımova, məsləhətçi Natiq Qubadoğlu, texniki redaktor Murtuza Abbasov, korrektor Araz Vəlişovdur.
Emil Faiqoğlu


Bakı -°C
