adalet.az header logo
  • Bakı -°C

SEYRAN SƏXAVƏT ƏKRƏMƏ NƏ DEDİ? 

124 | 2026-03-10 13:39
A- A+

Əkrəm Əylisli «Azərbaycan» jurnalının baş redaktoru olarkən Seyranla dəfələrlə  sözləri  çəpləşirmiş. 

Onu da qeyd edək ki, Əkrəm Əylisli gödəkboylu olduğundan  jurnalın bütün əməkdaşlarını da gödəkboylu seçmişdi, bircə İntiqam Qasımzadədən başqa. Çünki  onu Əkrəm seçməmişdi, əvvəldən bu jurnalda məsul katib idi. 

Yazıçılar İttifaqının qarşısında Əkrəm başının dəstəsi ilə, əshabələriylə yenə Seyranla mübahisə edir. Sonra əshabələrini göstərib deyir:

- Seyran, uşaqlara deyərəm səni salarlar təpiklərinin altına.

Seyran da onun əshabələrinə baxıb gülür və deyir:

- Əkrəm, alnının ortasına bir yumruq vuraram, əshabələrin də sənin ardınca domino daşı kimi yıxılarlar.
 

  • Mart:
  • 6

TƏQVİM / ARXİV