adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

“Sevgi” dolu polis əməliyyatı - Eminquey yazır

EMİNQUEY AKİF
711 | 2024-02-15 15:37

Ölkəmizin gündəmini cinayət xəbəri zəbt etmişkən maraqlı bir polis əməliyyatına rast gəldim. Həm pozitivdir, həm də neqativ.

Deməli, Peruda Sevgililər Günündə oyuncaq ayı kostyumu geyinmiş gizli polis onu tutmaq üçün saxta hədiyyə ilə narkotik alverçisinin evinə gəlib. Hədiyyəni almaq üçün evindən çıxan şübhəlini polis əməliyyat zamanı yaxalayıb.

Perunun paytaxtı Limada polislər Sevgililər Günündə kostyum geyinmiş hədiyyə kuryerlərini təqlid edərək narkotik satıcısının evinin qarşısına oyuncaq ayı kostyumu geyinərək, əlində ürək formalı şar tutaraq gəliblər.

Əməliyyat bitəndən sonra polis açıqlama verib:

“Səni sevirsə, cinayət işləməyinə icazə verməz”.

İndi bunun əksini də düşünməkdə fayda var. Bəlkə bu ayı oyuncaq qiyafələrinin altında narkotik alveri edənlər də var?!

TƏQVİM / ARXİV