İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən Şahzadə Həsən adına aviabazanı raket zərbələri ilə vurduğunu bəyan edib.
Adalet.az xəbər verir ki, bu barədə İranın IRIB teleradioşirkəti məlumat yayıb.
Bildirilib ki, İran hərbçiləri əməliyyat zamanı ballistik raketlərdən istifadə ediblər. SEPAH-ın iddiasına əsasən, zərbələr nəticəsində hərbi bazadakı komanda mərkəzi və ABŞ-yə məxsus “MQ-9” pilotsuz uçuş aparatlarının (PUA) saxlandığı anqarlar məhv edilib.
İordaniya tərəfi hələlik İranın bu iddiaları ilə bağlı hər hansı rəsmi şərh verməyib.
Qeyd edək ki, bu gün səhər saatlarında İran hərbi rəhbərliyi Yaxın Şərq regionunda ABŞ-nin mövqelərinə cavab zərbələri endirdiyini elan etmişdi.


Bakı -°C
