Moskva hava limanlarında 150-dən çox reys təxirə salınıb və ya ləğv edilib.
Adalet.az xəbər verir ki, bu haqda “Ostorojno, Moskva” teleqram kanalı məlumat yayıb.
İlkin məlumatlara əsasən, buna səbəb hava şəraiti və ya “Kover” (“Xalça”) planı ola bilər. Ən çox gecikmə Şeremetyevo hava limanında qeydə alınıb (56 gəliş və 42 yola düşmə reysi), Domodedovo, Jukovski və Vnukovo hava limanlarında da məhdudiyyətlər tətbiq edilib və orada ümumilikdə təxminən 56 reys gecikib.


Bakı -°C
