adalet.az header logo
  • Bakı -°C

Samirə Yusifqızı: “Məni şantaj etdi ki, özümü öldürəcəm”

71 | 2026-04-23 14:02
A- A+

Bir müddət əvvəl qızı ilə gündəmə gələn Samirə Yusifqızı indi də oğlu ilə gündəm olub.

Adalet.az xəbər verir ki, xanım meyxanaçı oğluna saxta toy etdiyini söyləyib:

“Oğlumun tanıdığı xanım var idi. Vətəndaş nigahında yaşayırdılar. Bir gün qız məni şantaj etdi ki, özümü öldürəcəm. Mənə el adəti ilə toy edin.Atam- anam görsün ki,mən adət- ənənə ilə gəlin köçdüm. Mən də məcbur qaldım rəsmi nigah olmadan toy etdim. Toy üçün xərclərin hamısını ( xonca- bəzəklər) qız özü etdi. Biz sadəcə ona gəlinlik alıb, sadlıq sarayı danışıb toy etdik. 
Gəlib  bir- iki ay yaşayıb getdi. Əlbəttə, bizə mənəvi zərbəsi toxundu. Saxta toy etdim, amma hamı dedi ki, evli olub, boşanıb”.

Əntiqə

TƏQVİM / ARXİV