Vəkil: “O, çox həmkarını məhkəməyə verirdi”
Tanınmış vəkil Şəfiqə Nağıyeva mərhum Xalq artisti İlhamə Quliyevdan danışıb.
Adalet.az bildirir ki, o, xalq artistinin bir çox həmkarlarını məhkəməyə verdiyini söyləyib:
“Bizim onunla mehriban münasibətimiz var idi. Zaman- zaman münasibətimiz kəskinləşdi. O,çox xalq artistini məhkəməyə vermişdi. Ona vəkillik edəndə heç bir xidmət haqqı almamışdım. Yalnız müqavilə imzalamışdıq. Çox məhkəməsi olurdu, bütün məhkəmələrdə biz qalib gəlirdik. Nazpəri Dostəliyeva ilə məhkəməsində rayon məhkəməsi 50.000 Azn təzminat tələb etsə də, Apellyasiya məhkəmsi onun 25.000 Azn etdi. Və Nazpəri xanım həmin məbləği ödədi. Çox mərd xanımdır. İlhamə xanımla Nazpəri xanımın məhkəməsində İlhamə xanıma vəkillik etdiyim üçün indi də Nazpəri xanımdan utanıram”.
Əntiqə


Bakı -°C

