
Seyran Səxavətin «Ağdamda Qədir Rüstəmovla atüstü söhbət» yazısında, özü də qeyri-adi yazısında, jurnalistikanın dərsliyinə salınmalı yazısında, daha dəqiq desək, müsahibəsində çox şeylər var. Biri də odur ki, Qədirə sual verir ki, uşaqlara arvad qohumlarının adını qoymusan?
Qədir də cavab verir: «Bizimkilər qırılıb qurtarıb ki?!»
İndi deyəsən, Rusiyada ruslar qırılıb qurtarıb ona görə də ümidləri ermənilərə qalıb. Bütün filmlərində müsbət qəhrəmanların hamısı ermənidi. Olsun, cəhənnəm. Hətta almanlarla müharibədə də ermənilər xüsusi rol oynayıblar.
Hər gün televiziyalarında verilən canlı yayımlarında əsas fiqurlar ermənilərdi. Başqa millətlər yox kimidi. Düzdür, Stalinin vaxtında gürcülər önə çəkilirdi, indi onlar da yoxdu.
Deyəsən, ruslar Qədir Rüstəmovun dediyi kimi, qırılıb qurtarıb ki, ümid simonyanlara, keosayanlara, şahnazaryanlara, nə bilim daha hansı yanlara və yaxud da zadulyanlara və daha kimlərə-kimlərə qalıb.
Hansı kanalı açırsan bunlardı. Ağızlarına gələn «kaka»ları edirlər.
Sabah ermənilər Rusiyanın çıxılmaz vəziyyətini başa düşən kimi dönüb olacaqlar ingilis, alman, fransız. Neujeli, Rusiya bunu başa düşmür? Ola bilməz başa düşməsin, sadəcə olaraq, Ermənistan onlar üçün bir «qandondu». Ağıllı ermənilər bunu başa düşür, amma gic ermənilər bunu başa düşmür. Hətta Paşinyan da başa düşür ki, o da, onun xalqı da Rusiya üçün «qandondu». Yəni «qandon»un nə olduğunu bilməyənlər üçün deyirəm, birdəfəlik istifadə. Amma Ermənistan Rusiya üçün birdəfəlik yox, çoxdəfəlik «qandondu».
Çox təəssüf ki, həm Ermənistan, həm də onun baş naziri Paşinyan bilə-bilə Rusiyanın bütün oyunlarına gedir.
Bu yaxınlarda Rusiya kanallarında atom fizikası ilə bağlı çox maraqlı veriliş oldu. Deyəsən, «1-ci» kanaldaydı. Belə məlum oldu ki, Rusiyada atom fizikasının baniləri ermənilərdi. Verilişdə danışanların hamısı da Ermənistanın keçmiş prezidenti Sərkisyan olmaqla (2018-2021) hamısı erməniləriydi. Yəni ya Kurçatov, ya kim hamısı boş söhbətdi. O boyda rus xalqını bu qədər aşağılamaq kimə və nəyə lazımdı? Ermənini sevirsən sev də, amma öz xalqını aşağılama.