adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Rusiya silah texnologiyasını tərəfdaşları ilə paylaşmağa hazırdır

489 | 2024-03-29 10:44

Rusiyanın  "Rosoboroneksport" şirkətinin rəhbəri Aleksandr Mixeyev, hərbi məqdədlər üçün istesal edilən məhsulların xarici ticarətinin inkişafı komitəsinin iclasında bəyan edib ki, şirkət hazırda xarici tətəfdaşları ilə birlikdə hərbi silahların və hərbi texnikanın istesalı ilə bağlı 10 layihə üzrə birgə istehsal həyata keçirir. 

Mixeyev qeyd edib ki, daha 10 layihə üzrə işlərin aparılması prossesi həyata keçirilməkdədir. Şirkətin rəhbəri bildirib ki, 2030-cu ilədək dünyada hərbi məqsədlər üçün istesal edilən məhsulların 40 faizi bu texnologiyalara uyğun müqavilələr üzrə hazırlanacaq.

  "Rosoboroneksport" şirkətinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bu cür layihələrin həyata keçirilməsi, həm də dünyada istehsal olunan kontrafakt məsulların qarşısının alınmasına köməklik edəcək.
 

Rüstəm Hacıyev

TƏQVİM / ARXİV