adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Roqov: "Makron ikiüzlüdür"

321 | 2024-04-16 11:32

Rusiyanın  ictimai palatasının yeni regionların inteqrasiya şurasının həmsədri Vladimir Roqov, Fransa prezidenti Emanuel Makronun bu ilin avqust ayında Parisdə keçiriləcək Yay Olimpiya oyunları zamanı atəşkəs elan olunması təklifini ikiüzlülük kimi qiymətləndirib.

 Fransanın RMC radiostansiyası bildirib ki, Makron, Çin Xalq Respublikasının sədri Si Tzinpindən, Parisdə keçiriləcək Yay Olimpiya oyunları ərəfəsində atəşkəs elan olunmasına köməklik etməsini xahiş edib.

 " Dinc insanların qətlə yetirilməsi üçün Zelenski rejimini silah-sursatla-SCALP raketləri, CAY CAESAR və digərləriilə təmin edən və bundan sonra da, fransız yaraqlılarını Ukraynaya göndərən bu "atəşgah personajının" hərəkəti yalnız ikiüzlülükdür"- deyə Roqov RİA Novostiyə bildirib.

 Həmsədrin sözlərinə görə, məhz Makron postukrayna cəbhəsində münaqişəni qızışdırır və dinc insanların qətlə yetirilməsində bir başa günahkardır.

 "Makronun günahları ucbatından sülh danışıqları aparılmır, Zelenskidə isə, hakimiyyətinin uzadılması ilyuziyası yaranır. Makron özü də yaxşı bilir ki,  Olimpiada dövründə atəşkəsin elan edilməsi, Zelenski rejimi üçün iki-üç həftə vaxt qazandırmağa nail olmaq deməkdir"- deyə Roqov bildirib.

  Rüstəm Hacıyev

TƏQVİM / ARXİV