Ulduz futbolçu Kriştiano Ronaldonun oğlu Portuqaliya yığmasında debüt edib.
Adalet.azxəbər verir ki, kiçik Ronaldo ölkənin U-15 komandasının formasını geyinib.
14 yaşlı futbolçu Xorvatiyada keçirilən turnirdə Yaponiya ilə görüşün 54-cü dəqiqəsində meydana daxil olub. Qarşılaşma Portuqaliya yığmasının qələbəsi ilə yekunlaşıb. 7 nömrəli formada meydana çıxan Ronaldo JR bu görüşdə fərqlənə bilməyib.
Qeyd edək ki, Kriştiano Ronaldo "Əl-Nəsr"in uşaq komandasında forma geyinir.