ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollarlıq sazişlər paketi imzalayıb
ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollardan çox məbləğdə sazişlər və investisiya öhdəlikləri paketi imzalayıblar və bu, iki ölkə arasında iqtisadi əməkdaşlıq tarixində ən böyük sövdələşmədir.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.
Məlumata görə, imzalanma mərasimi Ər-Riyadda ABŞ Prezidenti Donald Tramp və vəliəhd şahzadə Məhəmməd bin Salmanın iştirakı ilə baş tutub və onlar hər iki ölkənin strateji tərəfdaşlığı dərinləşdirmək və uzunmüddətli iqtisadi rifahı təmin etmək niyyətini təsdiqləyib.
Əldə edilən razılaşmalar çərçivəsində Səudiyyə Ərəbistanının “DataVolt” şirkəti ABŞ ərazisində data-mərkəzlərinin və enerji infrastrukturunun tikintisinə təxminən 20 milyard dollar sərmayə qoyacaq. ABŞ-nin “GE Vernova” korporasiyası Səudiyyə Ərəbistanına 14,2 milyard dollar dəyərində qaz turbinləri və enerji avadanlıqları tədarük edəcək, “Boeing” isə Səudiyyə Ərəbistanının “AviLease” aviadaşıyıcısına 4,8 milyard dollar dəyərində “737-8” model sərnişin təyyarələrinin tədarükü üzrə müqavilə imzalayıb.
Səhiyyə sahəsindəki layihələr xüsusilə seçilir. O cümlədən Miçiqan ştatında ümumi dəyəri 5,8 milyard dollar olan tibbi qarışımların istehsalı üzrə yeni yüksək texnologiyalı zavodun yaradılması nəzərdə tutulur.
Bundan əlavə, ABŞ və Səudiyyə Ərəbistanı tarixin ən böyük – ümumi dəyəri təxminən 142 milyard dollar olan hərbi əməkdaşlıq müqaviləsini imzalayıblar. Sənəd özündə Amerika istehsalı olan müasir silah və texnikanın tədarükünü, hava hücumundan və raket əleyhinə müdafiə sistemlərinin inkişafını, Səudiyyə Ərəbistanında sahil və sərhəd təhlükəsizliyinin modernləşdirilməsini, həmçinin Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin personalına təlim keçirilməsini və orduya hərtərəfli dəstəyi ehtiva edir.
Ağ Evdən vurğulanıb ki, bu sazişlər iki ölkə arasında münasibətlərdə yeni qızıl dövrün əsasını qoyur və həm ABŞ-də, həm də Səudiyyə Ərəbistanında iş yerlərinin yaradılmasına və iqtisadi artıma kömək edəcək.
Digər Xəbərlər
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56


Bakı -°C

