Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla ayrılmaq xəbərinə aydınlıq gətirib.
Adalet.az xəbər verir ki, müğənni ayrılmadıqlarını etiraf edib:
“Hamı deyir ki, Rəqsanə həyat yoldaşından ayrılıb. Qətiyyən elə deyil. O, həmişə mənim yanımda olub. Həbsdə olduğum 3 ay ərzində iki körpə balamıza ovcunun içində baxıb. Qaynanam Bakıda yaşamır, rayonda yaşayır. Onun narahatlığını da bilirdim. Bu üç ay anamı çox qocaltdı. Anam məndən ötrü çox əziyyət çəkdi.Ancaq Fazil müəllim olmasaydı, bu yükün altından çıxa bilməzdim. Hər zaman mənə dəstəkdir. O əsl həyat yoldaşıdır. Bəlkə də o olmasaydı, mən indi burda olmazdım”.
Əntiqə


Bakı -°C
