“Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırılıb - VİDEO
Bakıda yanğın təhlükəli şadlıq evinin fəaliyyəti dayandırılıb.
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 33 ünvanında yerləşən “Qızıl qaya” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib;
- obyektdə quraşdırılan yanğınxəbərverici siqnalizasiya qurğuları işlək vəziyyətdə deyil;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;
- yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilə təmin edilməyib, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb və su mənbəyinə qədər olan məsafə qeyd olunmayıb;
- daxili yanğın kranları lülə və atıcı şlanqlarla təmin edilməyib;
- köçürmə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmır;
- obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- obyektin siqaret çəkilməsi qadağan edilmiş otaqlarında və ərazilərində gözəçarpan yerlərdə qadağanedici nişanlar asılmayıb;
- yanğınxəbərverici siqnalizasiya qurğularına planlı texniki xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə bağlanılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Qızıl qaya” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Digər Xəbərlər
02 Mart 2026 20:08
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
02 Mart 2026 18:46
İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - YENİLƏNİB
02 Mart 2026 18:32
Turizm Agentliyinin kollegiyasının yeni tərkibi
02 Mart 2026 18:30
"BakuBus"da yeni təyinat
02 Mart 2026 18:01
SHXÇDX-nin vahid elektron informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib
02 Mart 2026 17:43
Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramları genişləndirilir
02 Mart 2026 17:36
Dövlət Dəniz və Liman Agentliyi üzərliklə bağlı dənizçilərə çağırış etdi
02 Mart 2026 16:54


Bakı -°C

