adalet.az header logo
  • Bakı -°C

"Real" son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

83 | 2026-03-07 09:32
A- A+

İspaniya La Liqasının 27-ci turunda “Selta Viqo” və “Real Madrid” komandaları arasında keçirilən oyun başa çatıb.

Adalet.az xəbər verir ki, matç Viqodakı “Abanca Balaídos” stadionunda oynanılıb və 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

“Real Madrid”in yarımmüdafiəçisi Orelyen Tçuameni 11-ci dəqiqədə hesabı açıb. “Selta Viqo”nun hücumçusu Borxa İqlesias 25-ci dəqiqədə hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə yarımmüdafiəçi Federiko Valverde “Real Madrid”in qələbə qolunu vurub.

 

  • Mart:
  • 6

TƏQVİM / ARXİV