adalet.az header logo
  • Bakı -°C

“Əslində, bu riyakarlığın son həddinin bizə qarşı törədilməsi...”

81 | 2026-03-07 11:14
A- A+

“Cənab Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında İrandan bizə edilən dron hücumlarını təşkil edənlərə mənəviyyat dərsi verdi. İndiyə qədər bizim İrana qarşı rəsmi mövqeyimiz həmişə qonşuluq, ortaq dəyərlər, müsəlmançılıq dəyərləri və tarixi kök bağlılığını nəzərə almaq olub. Biz heç bir halda sayğısızlıq etməmişik, edilən sayğısızlıqlara isə cavab vermişik. Ayrı-ayrı insanlar tərəfindən individual olaraq Cənubi Azərbaycana qarşı və yaxud oradan Şimali Azərbaycana qarşı müəyyən səviyyədə və tərzdə arzu olunmayan hədəflər olub, amma bu bizim tərəfimizdən rəsmi mövqe olmayıb”. 

Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

O, deyib ki, bu, bizim klassik Azərbaycan dəyərlərinə sadiqliyimizin nümayişi olub:

“Lakin Cənubi Azərbaycan rəsmiləri bizə qarşı fiziki terrordan tutmuş mənəvi terrora qədər bütün addımları atıblar və sonrada üzr istəyiblər. Hal-hazırda Cənubi Azərbaycan rəsmiləri baş verən təxribatçı terroru təkzib edirlər. Bu, çox anlaşılmaz bir situasiyadır. Düzü, dəfələrlə o taylı Azərbaycanı idarə edənlərin vahidsizlik problemi olub. Onlar bir-birinə zidd açıqlamaları və addımları ilə gündəmdə olublar. Bu isə oradakı hakimiyyətin, teokratik dövlətin monolit olmadığından xəbər verir və bu cür məsuliyyətsiz nankorluğa yol açır. Sanki hakimiyyət bir neçə siyasi qüvvə tərəfindən bölüşdürülüb. Belə dövlətlərdə vahid idarəetmə işləmirsə, dövlət zəif dövlət statusu qazanır. Bu isə “fraqmentasiya olunmuş dövlət” adlanır. Əslində, bu riyakarlığın son həddinin bizə qarşı törədilməsi, onların vahid idarə olunmaması faktı olsa belə, məsuliyyətdən azad etmir. Ölkə başçımız, möhtərəm Prezidentimiz, ölkəmizi strateji dərinlikləri nəzərə alaraq, qonşuluq əlaqələrinin münasibətlərinə məsuliyyətlə yanaşdığı halda, siz hansı əsasla bu nankorluğu bizə qarşı etməlisiniz? Sizə qarşı tətbiq olunan sanksiyalardan gələn fəsadları aradan qaldırmaq üçün qonşu ölkələrlə qurduğunuz əlaqələri, iqtisadi əlaqələri Türkiyə, Pakistanla bu ölkələrin hər biri bizim ölkəmizlə çox ciddi strateji tərəfdaş və qardaş ölkədir”. 

R.Hüseynovun sözlərinə görə, tətbiq olunan sanksiyaların zərbəsini azaltmaq üçün bu qardaşlıq əli sizə uzadıldı:

“Amma siz qardaşlıq əllərinə dəfələrlə xəyanət etdiniz. Bu, heç bir halda düşdüyünüz vəziyyətə və qurduğumuz münasibətlərə uyğun deyil. Bu, dövlətin siyasi reytinqinə ləkə gətirən, utanc verən, siyasi etiket qaydalarına zidd və siyasi etikaya uyğun olmayan bir davranışdır. Siz, Cənubi Azərbaycanı idarə edə bilməyən nankorlar, bilin ki, regionda İlham Əliyev ölkəmizi dominant bir gücə çevirmiş, ölkə statusunu qazandırmışdır. Sizin narahatçılığınızı aradan qaldırmaq üçün həm regional ticarət, həm logistika rolunuza göstərilən güzəştləri belə nəzərə almadan, bu çirkli addımları atmaqla özünüzü və üzünüzü hörmətdən salmaqdan başqa bir şey etmirsiniz. Sizin apardığınız soyuq rəqabətin kökündə, sizi narahat edəcək məsələlərin mühüm məqamlarını biz aradan qaldırmağa çalışdığımız halda, sizin dostda arxadan vurduğunuz zərbənin bir adı var. Bu bölgədə yaşadığınıza görə, bunun adını siz də yaxşı bilirsiniz. Bu adı, bu ləkəni üzərinizdən silməyə sizə haqq verildi. Əgər bacarırsınızsa, silin. Yoxsa, bu utancverici ləkədən sizi orada yaşayan türklər, azərilər xilas edəcək.Yaşasın bütöv və qüdrətli Azərbaycan! Hər şey vətən üçün, hər şey Azərbaycan üçün!”.

Vasif ƏLİHÜSEYN

  • Mart:
  • 6

TƏQVİM / ARXİV