Ramiz Quliyevin dəfn yeri məlum oldu - YENİLƏNİB

152 | 2025-10-15 15:28

Xalq artisti Ramiz Quliyev ilə vida mərasimi 16 oktyabr tarixində saat 11:00-13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Bu barədə Adalet.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

***10:42

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Mədəniyyət Nazirliyindən Adalet.az-a verilən məlumata görə, görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyev 15 oktyabr 2025-ci il tarixində, 78 yaşında vəfat edib

Ramiz Əyyub oğlu Quliyev 30 aprel 1947-ci ildə Ağdam şəhərində anadan olub.

***10:05

Xalq artisti tarzən Ramiz Quliyev vəfat edib.

Adalet.az xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.

TƏQVİM / ARXİV