Mart və aprel aylarında Bakıda 1988- ci ildən bəri olmayan intensiv leysan yağışlar yağdı. Bu Bakının Keşlə, Zabrat, Maştağa, Ramanı, Mərdəkan, Zığ qəsəbələrində həyətyanı evlərə böyük ziyan vurdu.
Çətin vəziyyətdə olan sakinlər aidiyyəti qurumlar tərəfindən təxliyyə olundular. Xoşbəxtlikdən təbii fəlakət zamanı ölən və ağır xəsarət alanlar olmadı.Hələ də subasmış evlərdən su təmizlənməyib. Nasoslar işləsə də, su çəkilsə də problemlər tam şəkildə həllini tapmayıb.Və uzun müddət həmin sakinlər bu çətinlikdən canlarını xilas edə bilməyəcəklər. Ona görə də, bir çoxları evlərini tərk edib ya qohumlarıgilə , ya da başqa bir ünvana sığınıblar.
Əmlak məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyir ki, su basmış yerlərdə böyük ehtimalla evlər 30-40 faiz ucuzlaşacaq! Bu proses uzun müddət davam edəcək. Bununla yanaşı, gələcəkdə bir çox insanlar mərkəzi kanalizasiya sistemi olmayan çökək yerlərdən ev almayacaq. Üstəlik də belə evlərin bir çoxunun çıxarışı yoxdur. Məhz bu amil də həmin yerlərdə evlərin daha da aşağı qiymətə olmasına şərait yaradacaq. Ona görə də mənzil alanda çıxarışı olmaqla təhlükəsiz yerlərdən ev almaq lazımdır!!!
Emil FAİQOĞLU


Bakı -°C
