“Azərsun"un yeni rəhbəri Tahir Gözəl oldu
Azərbaycanın aparıcı sənaye qruplarından olan “Azərsun Holdinq”in idarəetməsində strateji dəyişiklik həyata keçirilib. Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri vəzifəsinə Tahir Gözel təyin edilib. Bu dəyişiklik ailə biznesinin növbəti nəslə etibarını və holdinqin müasir, innovativ idarəçilik modelinə keçidini simvolizə edir.
Tahir Gözel Şeffild Universitetinin Menecment fakültəsinin və Fransa Sup de Co Universitetinin məzunudur. O, “Greentech” və digər qlobal şirkətlərə rəhbərlik etməklə yanaşı, ölkəmizdə süni intellekt və İT sahəsində ən müasir standartlara cavab verən “Proxima” şirkətinin qurucusudur.
Yeni sədr “Azərsun Holdinq”in ixrac coğrafiyasını hazırkı 40 ölkədən 60-a çatdırmağı, istehsalatda AI əsaslı optimallaşdırmanı tətbiq etməyi və “Made in Azerbaijan” brendini dünyaya tanıtmağı hədəfləyir.
O, həmçinin “Qarabağ” Futbol Klubunun rəhbəri, 6 xarici dildə sərbəst danışan iş adamıdır, ailəlidir, 3 övladı var.
Digər Xəbərlər
09 Aprel 2026 11:46
Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb - FOTOLAR
09 Aprel 2026 10:04
Bu qurumların adından kütləvi fişinq hücumları olub - XƏBƏRDARLIQ
08 Aprel 2026 19:52
Qalib Qasımov vəzifəsindən azad edildi
08 Aprel 2026 19:36
Zamirə Ədilova TƏBİB-dən ayrıldı
08 Aprel 2026 19:00
Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
08 Aprel 2026 17:34
Prezident Milli Aviasiya Akademiyasında açılış etdi - FOTOLAR
08 Aprel 2026 17:11
Teymur Musayev V "Yüksəliş müsabiqəsi"nin qalibi ilə görüşüb - FOTO
08 Aprel 2026 16:41


Bakı -°C

