Yaxşılıq eləmək, əl tutmaq , yıxılana arxa durmaq hər kişinin işi deyil, mərd kişinin işidir. Adam var ki, milyonlarla pulu var, amma nəinki yadlara, heç doğma qardaşına kömək etmir.
Xoşu gəlsə, bir küçə müğənnisinə mənzil də alır, avtomobil də! Təbii ki, hər insana da əməlinə görə, Allah- təla öz mükafatın və cəzasını verir! Bunlar hamısı aydındır! Və yaxşı insanlar, yaxşılıqlarından heç vaxt qalmırlar.
Novruz bayramı günlərində bir iş adamı kənddə mağazaya gedib, borc dəftərinə baxıb və orada mağazaya kimlərin borcu varmış hamısın ödəyib, həmin dəftəri də götürüb! Bayram günlərində kasıb ailələri sevindirməkdən gözəl və savab iş yoxdur! Belə adamların yeri Allaha and olsun ki, Cənnətdir!!!
Emil FAİQOĞLU


Bakı -°C
