Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olundu
Milli Məclisin sədri Sahibə Qafarova aprelin 9-da ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə Azərbaycan ilə Litva arasında mövcud dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığı qeyd edilib. Humanitar sahədə əməkdaşlıqdan danışan Milli Məclisin sədri təhsil və mədəniyyət sahəsində əlaqələrinin xalqlar arasında münasibətlərin dərinləşməsində mühüm rol oynadığını bildirib. Hazırda Litva ali təhsil müəssisələrində çoxlu sayda azərbaycanlı tələbələrin təhsil aldığı və qarşılıqlı mədəni tədbirlərin keçirildiyi məmnuniyyətlə qeyd olunub.
Görüşdə iki ölkə arasında parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunulub. Qarşılıqlı səfərlərin və parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin qanunverici orqanlar arasında dialoqun inkişafına töhfə verdiyi vurğulanıb. Parlamentlərin profil komitələri arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi haqqında danışılıb.
Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini deyib, mövcud geniş imkanları qeyd edərək iqtisadiyyat, humanitar, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Litva parlamentində Azərbaycanla dostluq qrupunun üzvü olduğunu bildirən qonaq, ikitərəfli münasibətlərin inkişafında parlamentlərin roluna toxunaraq, işçi qruplarının fəaliyyətinin genişləndirilməsinin və qarşılıqlı səfərlərin təşviq olunmasının əhəmiyyətini vurğulayıb.
Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı və parlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.
Sonda qonaqlar xatirə şəkli çəkdiriblər.
Digər Xəbərlər
09 Aprel 2026 18:46
İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
09 Aprel 2026 15:34
Daxili işlər naziri Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü - FOTOLAR
09 Aprel 2026 13:55
“Əgər atəşkəs pozularsa və ya risk yenidən artsa...”
09 Aprel 2026 13:06
Baş nazir litvalı həmkarı ilə görüşdü
09 Aprel 2026 12:14
İnqa Ruqiniene: Litva Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir
09 Aprel 2026 12:09
İlham Əliyev: Mina problemi Qarabağda bərpa və quruculuq işlərinin aparılmasını ləngidir
09 Aprel 2026 12:00
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
09 Aprel 2026 11:59


Bakı -°C

