Əzəli və əbədi zindanımız qadınlar - Eminquey yazır

EMİNQUEY AKİF
2482 | 2024-03-07 16:06

Orta hesabla biz kişilərdən daha çox, yəni 30-64 dəfə ağlayan, bizdən iki dəfə daha çox göz qırpan (ki, bu da yəqin əsasə göz süzdürməklə əlaqəlidir), qaranlıqdan bizdən daha yaxşı görən və gördüyün daha yaxşı qavrayan, əsnəyəndə ovcunu ağzına tutan (kişilər adətən yumruğu ilə tutur), köynəyini kürəyindən yapışıb çıxarmayan, əllərini göstər deyəndə mütləq manikürlü dırnaqlarını gözə soxan, ağrıların önündə bizdən daha dözümlü dayanan, paltar geyinəndə birinci köynəyi geyinən (kişilər birinci şalvarı geyinirlər), yumruq vurmaq istəyəndə baş barmağı irəli çıxan, ürəyi bizdən daha sürətli döyünən, dərisi bizim dərimizdən daha zərif olduğu üçün daha tez qırışan, ilin təxminən 120 saatını güzgü qarşısında keçirən qadınlarımızın günüdür bugün!

27 ilini Cənubi Afrika həbsxanasında keçirib və hər gün döyülərək, işgəncələrə məruz qalan. həbsxanadan çıxdıqdan sonra 6 ay həyat yoldaşı ilə birlikdə yaşayıb və "daha dözə bilmirəm" deyərək boşanan Nelson Mandelanın ruhu inciməsin, bizim əzəli və əbədi zindanımız, sizi təbrik edirəm!

 

  • Sentyabr:
  • 20

TƏQVİM / ARXİV