Almaniyanın "Ayntraxt" klubunun heyətində ciddi itki baş verib.
Adalet.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Can Uzun sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin üzvü Bundesliqanın 9-cu turunun "Haydenhaym"la səfər matçında ayaq əzələsindən zədə alıb. 19 yaşlı hücumameyilli yarımmüdafiəçinin təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Can Uzun bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun 2025-ci ilin 21 yanvar tarixində Bakıda keçiriləcək.


Bakı -°C
