Futbol üzrə Türkiyə Superkubokunda “Qalatasaray” və “Fənərbağça” komandaları arasında keçiriləcək final oyununun saatı dəyişdirilib.
Adalet.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq görüş əlverişsiz hava şəraiti səbəbindən Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.
Matçın daha əvvəl 21:30 start götürəcəyi açıqlanmışdı.


Bakı -°C
