Meloni: Avropanın Rusiya ilə dialoqu bərpa etmək vaxtı çatıb
İtaliyanın Baş naziri Ciorcia Meloni bəyan edib ki, Avropa İttifaqının (Aİ) Moskva ilə birbaşa dialoqu bərpa etmək vaxtı çatıb, çünki bu halda Aİ Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə danışıqlarda təsir imkanına malıik olar.
Adalet.az İtaliyanın "ANSA" nəşrinə istinadən xəbər verir ki, o, bu barədə yanvarın 9-da keçirdiyi mətbuat konfransında bildirib.
Meloni Fransa Prezidenti Emmanuel Makronun Rusiya ilə birbaşa dialoq zərurəti haqqında fikrini dəstəkləyib.
"Bu baxımdan, düşünürəm ki, Makron haqlıdır. Hesab edirəm ki, Avropanın Rusiya ilə danışmaq vaxtı gəlib, əks təqdirdə bizim təsir imkanlarımız məhdud olacaq. Lakin məsələ ondadır ki, bunu kim etməlidir? Biz xaotik hərəkət etməməliyik – əks təqdirdə Rusiya Prezidenti Vladimir Putinin əlinə oynayarıq", – Baş nazir vurğulayıb.
Digər Xəbərlər
09 Yanvar 2026 19:03
Türkiyə bu ölkələrin müdafiə alyansına qoşulmağa çalışır
09 Yanvar 2026 17:58
İran sünnilərinin lideri: Xalq hakimiyyəti dəyişdirməkdə qərarlıdır
09 Yanvar 2026 17:00
Kliçkodan Kiyev sakinlərinə: "Şəhəri tərk edin..."
09 Yanvar 2026 16:59


Bakı -°C

