adalet.az header logo
  • Bakı -°C

"Sumqayıt" Macarıstan klubuna böyük hesabla uduzdu

128 | 2026-01-09 19:00
A- A+

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" futbol klubu ilk yoxlama oyununda Macarıstan təmsilçisi "Pakş" komandasına uduzub.

Adalet.az xəbər verir ki, Saşa İliçin baş məşqçisi olduğu kollektiv 5:1 hesabı ilə məğlub olub.

"Sumqayıt"ın yeganə qolunu Rüstəm Əhmədzadə vurub.

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi Türkiyədə daha iki yoxlama oyununa çıxacaq. Komanda yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək.

  • Yanvar:
  • 9

TƏQVİM / ARXİV