Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yaxşı və səmimi olub və belə də qalır.
Adalet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin aparıcı beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə bildirib.
"Mən Rusiya ilə Azərbaycan arasındakı münasibətləri çox yaxşı hesab edirəm. Həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanla həmişə yaxşı münasibətlərimiz olub. Bir neçə il əvvəl strateji əməkdaşlıq müqaviləsi imzaladıq. Bu münasibətlər belə inkişaf edir. Prezident İlham Əliyev bu müqaviləni konkret məzmunla zənginləşdirmək üçün xeyli səy göstərir. Bu öz əksini əməkdaşlığımızın konkret istiqamətlərində tapır.
Rusiyadan Azərbaycan iqtisadiyyatına 10 milyard rubldan çox investisiya qoyulub. Humanitar məsələlərdə sıx əməkdaşlığımız var. Rusiyada çox sayda Azərbaycan vətəndaşı işləyir.
İrana humanitar yardım göndərməyimizə kömək etdiyinə görə Prezident İlham Əliyevə çox minnətdarıq. Azərbaycan tərəfi bu məsələdə çox və səmərəli işləyib, bütün xahişlərimizə dərhal reaksiya verib və bu, həmin sahədə də vəziyyətin yumşaldılması üçün çox vacibdir", - deyə Rusiya lideri qeyd edib.


Bakı -°C
