Prezidentin xüsusi nümayəndəsindən fermerlərə çağırış 

290 | 2025-06-02 17:09

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında emal müəssisələri ilə bərabər kənd təsərrüfatı da inkişaf etdirilir.

Adalet.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi verib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubovun sözlərinə görə, indiyədək Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında tikinti şirkətləri ilə 450-ə yaxın fəaliyyət müqaviləsi bağlanıb. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında  2 minə yaxın iş yerləri yaradılıb. Bölgəyə özəl sektor tərəfindən 45 milyon manat investisiya qoyulub. 2025-ci ilin sonuna qədər daha 3 minə yaxın iş yerinin açılması nəzərdə tutrulub. Bölgədə yeni mərmər istehsal müəssələri, daş kəsim sexləri acılacaq. Bundan başqa bölgədə kənd təsərrüfatının inkişaf etdiriləsi də nəzərdə tutulub. Bölgənin əkinə yararlı, məhsuldar torpaq sahələri kənd təsərrufatının inkişafına müsbət təsir göstərəcək.

E. Yusubov fermerləri bu sahədə aktiv olmağa və investisiya qoymağa da çağırıb. Bu sadədə dövlət fermerlərə müvafiq güzəştlər də verir.Gələcəkdə güzəştlərin miqiyasının artırılması da nəzərdə tutulub.

TƏQVİM / ARXİV