03 Iyun 2025 18:27
2038
HADİSƏ

Hazırda Xankəndi... -VİDEO

Bu gün Xankəndi şəhərinə və ətraf yaşayış məntəqələrinə küləklə müşahidə olunan leysan xarakterli yağış yağıb, dolu düşüb.

Bu barədə Adalet.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, günün ikinci yarısından etibarən davam edən qeyri-sabit hava şəraiti şəhər təsərrüfatına ziyan vurmayıb. Şəhərin komunal təsərrüfatında elektrik enerjisi, içməli su və təbii qaz verilişində məhdudiyyət yaranmayıb.

Bu dəqiqələrdə də yağış yağır, güclü şimşək çaxır.

Xankəndi şəhərindən çəkilmiş görüntüləri təqdim edirik: