Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür
İyunun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir. Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqları ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun tapşırıqları ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.
Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.
Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

