adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

1286 | 2024-05-08 14:24

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 473 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirlikdən Adalet.az-a verilən xəbərə görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 356 mln. manat, Prezident təqaüdləri üzrə 228 mln. manat ödənilib.

Cari ilin 4 ayında 50 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 620 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

TƏQVİM / ARXİV