“Prezident olmaq çox təhlükəli işdir” - Tramp

102 | 2025-07-13 10:21

ABŞ Prezidenti Donald Tramp prezident fəaliyyəti ilə bağlı zarafat edib.

Adalet.az xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərini “Fox News” yayıb.

O bildirib ki, seçkiyə qatılmağın nə qədər təhlükəli olduğunu bilsəydi, namizədliyini irəli sürmək barədə iki dəfə düşünərdi, lakin heç kim ona bu barədə xəbərdarlıq etməyib.

“Prezident olmaq çox təhlükəli işdir”, - o qeyd edib.

Trampın fikrincə, prezidentin işi yarış maşını sürücüsü olmaqdan və ya öküz idarə etməkdən daha təhlükəlidir.

TƏQVİM / ARXİV