Bakının mərkəzi küçələrindən birində baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada səkisində olan uşağın üzərinə məhəccər aşıb.
Adalet.az-ın məlumatına görə, hadisə nəticəsində uşaq ağır xəsarətlərlə yerə yıxılıb və huşsuz vəziyyətdə qalıb.
Hadisə yerindən keçən polis əməkdaşları vəziyyətin son dərəcə ağır olduğunu anlayaraq dərhal müdaxilə ediblər. Polis əməkdaşlarının müşayiəti ilə azyaşlı təcili xəstəxanaya çatdırılıb. Ağır vəziyyətdə, koma halında olan uşaq reanimasiyaya yerləşdirilib, təcili əməliyyat olunub və həyatını xilas etmək mümkün olub.
Hazırda azyaşlının vəziyyəti həkimlərin nəzarəti altındadır.
Yazarın digər yazarlar
Nazirlik avtomobillərin nizamsız parklanması ilə bağlı müraciət etdi
“Azərbaycan xarici borcunun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə...”
“Rusiya Ukraynanın şəhərlərinə daha çox zərər vurmağa çalışacaq”


Bakı -°C
