adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"Paris dağılır"

390 | 2024-04-25 11:04

"Mulen Ruj" kabare binasının qanadları uçub

Bu gün gecə nəməlum səbəblərdən  Parisin məhşur "Mulen Ruj" (Qırmızı dəyirman") kabaresinin yerləşən binanın yan divarları dağılıb.  Bu barədə BFMTV telekanalı məlumat verib.

"Məhşur  "Mulen Ruj" dəyirmanı Parisin Piqal rayonu ərazisində yerləşir. Hecə saat 2-3 radələrində binanın yan divarları uçub". Məlumatda bildirilir ki, hələki divarların uçma səbəbləri bilinmir.

 Operativ xidmətin bildirdiyinə görə, uçqun zamanı xəsarət alan olmayıb və binanın bir daha uçma riski yoxdur.

  Milli daşınmaz əmlak federasiyanın ekspertləri daha əvvəl, Yay Olimpia oyunları keçirilən ərəfədə tamaşaçıların axınının artması ilə bağlı, Parisin köhnə binalarının eyvanlarının uçma təhlükələri olduğu barədə də xəbərdarlıq etmişdi.  Mütəxəsislərin rəyinə görə, Sena çayı boyunca düzülən köhnə binaların eyvanlarında Olimpiya oyunlarının açılışını izləmək üçün 250 minə yaxın tamaşaçının toplaçacağı ehtimal edilir. Ekspertlər aidiyyatı təşkilatlardan bu evlərin kirayə verilməsi zamanı eyvanların dayanıqlığını diqqətlə yoxlamağı və onları çox yükləməməyi məsləhət  görürlər.  

Məhşur Azərbaycan filmində deyildiyi kimi, deyəsən "Paris dağılır".

  Rüstəm Hacıyev

  • May:
  • 3

TƏQVİM / ARXİV