Papuaşvili Aİ-ni Gürcüstanda çevrilişə cəhd etməkdə günahlandırdı 

533 | 2024-05-16 12:17

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Litva, Estoniya və İslandiyanın xarici işlər nazirlərini ölkədə hakimiyyəti devirmək cəhdlərində günahlandırlb. 

 "Radikal müxalifət partiyalarını və gıncləri hökumətin əleyhinə qaldırırlar. Biz bunu sovet və Rusiya təbliğatından gözləyə bilərik, lakin Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri belə bir təbliğat aparırlar"- deyə parlamentin spikeri Facebook səhifəsində yazıb.

 Papuaşvilinin fikirincə, avropalı siyasilərin qanunverici orqanın qəbul etdiyi qanundan xoşları gəlmədiyinə görə, radikal müxalifəti və çılğın gıncləri demokratik seçilmiş hakimiyyətin devrilməsinə təhrik edirlər.

  Xəbər verildiyi kimi, Litva, Estoniya və İslandiyanın xarici işlər nazitləri, mayın 15-də Tbilisidə, xarici agentlərlə bağlı qanunun qəbul edilməsinə qarşı etiraz aksiyası keçirən müxalif qüvvələrə qoşularaq, onların keçirdikləri mitinqdə çıxış ediblər və "Gürcüsranın yeri Avropa İttifaqıdır" şüarlarını səsləndiriblər.

  Rüstəm Hacıyev

  • Noyabr:
  • 1

TƏQVİM / ARXİV