adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Özümlə söhbətim

VÜQAR ABBASOV
44399 | 2018-12-12 16:51

Bir müddət öncə,bu ilin fevral ayında özümlə müsahibə hazırlamışdım və bu müsahibə "Ədalət” qəzetində 

(http://www.adalet.az/w143169/%C3%96z%C3%BCml%C9%99_s%C3%B6hb%C9%99tim/#.XAlal9tKiM- )verilmişdi.

 Ötən müddət ərzində baş verənlərmüsahibənin davamına zərurət yaratdı deyə ikinci müsahibəni hazırlamağa qərarverdim. Beləliklə, jurnalist Vüqar Abbasovun müsahibi Niderlandda fəaliyyətgöstərən "Connect” təşkilatının sədri Vüqar Abbasovdur.

-Vüqar, xeylimüddətdən sonra səni yenidən xoş gördük. Aradan bu qədər müddət ötəndənsonra nə oldu, nə baş verdi ki, yenə danışmaq istədin?

Xoş gördük. Əslindəaradan çox zaman keçməyib, səhv etmirəmsə on bir ay öncə söhbət etmişdik.

-Nə baş verib ötən müddətdə? Ötən dəfə bilənin dəbilməyənin də diaspordan danışması ilə başlamışdıq söhbətə. Yenədə bilən də danışır, bilməyən də?

Diasoprdanelə bir yenilik baş verməyib, Diasporla İş Üzrə Dövlət Komitəsininsədrinin dəyişilməsinivə bəzi başqa dəyişiklikləri nəzərə almasaq. Əgər söhbət bilənin də, bilməyənin də diaspordan danışmasından gedərsəbu dəfə bilməyənlərin səsi daha çox və bərk çıxmağa başlayıb (gülür). Bilənlərinisə səsini zəiflətmək istəyi hiss olunur.Xalid Hüseyninin "Çəpələng uçuran” əsərindən bir sitat verim: "Adamınyanında onun nə istədiyini bilən birisinin olması bir tərəfdən qorxulu idi, obiri tərəfdən də çox rahat.” Bəziləri isə bunun rahat tərəfini deyil, qorxulu tərəfiniözlərinə əsas götürürlər, yəni yanlarında nə istədiyini bilən adamın olması kiməsə,kimlərəsə qorxulu gəlir.

-Söhbətə həmən şikayətlə başlayırsan. Gəl mərhələ iləgedək, dediyin kimi, komitənin sükanı arxasına yeni adam keçib. Tanışlığınızvarmı?

-Doğrudur,diaspora birbaşa aidiyyatı olan komitənin sükanı arxasına yeni adam keçib. Komitəninyeni sədrini tanıyıram. Öncələr qiyabi tanıyırdım, ötən yayda isə şəxsən tanışolduq. Xeyli söhbət etdik, burdakı fəaliyyətimlə bağlı, diasporun ümumi durumuilə bağlı xeyli danışdıq.

-Bilirsənki, yeni rəhbərlik diasporumuzda birliyə nail olmaqdan danışır, müxtəlif ölkələrəsəfərlər edir, şuralar, koordinasiya şuraları yaradırlar. Bu yaxınlarda Amsterdama da gəlmişdilər. Səndə fb – şikayət etdin, yazdın ki, səni dəvət etməyiblər. Əgər yeni sədrlə tanışsansa, səni niyə dəvətetməmişdilər?

Əvvaladeyim ki, düzgün anlamamısan. Şikayətfilan etməmişdim, yazmışdım ki, məni dəvət etməyiblər. Səbəbini ancaq təxmin edəbilərəm. Bir ara istədim ki, dəqiqləşdirim, sonra düşündüm ki, boş verim. Bilirsən, mən yeni rəhbərliklə görüşəndə söhbətyaradılacaq şuralardan düşdü və mən də dedim ki, bizim təşkilatın idarə heyətindəəsasən niderlandlılardır. Gərək məsləhət edim, görüm nə deyirlər. Ancaq özümündə şuralara tərəfdar olmadığımı dedim. Açığını desəm, burdakı bəzi təşkilatlarınhanısa şərtlər daxilində bir araya gələ biləcəyinə inanmıram. Yeni sədr də dediki, şura tərəfdarı olmayanlarla komitənin heç bir əməkdaşlığından söhbət gedəbilməz. Bu da onların seçimidir.

-Sən dəşuraya daxil olmaq istəmədin?

Düzünüdeyim ki, heç sonra məndən soruşan da olmadı ki, biz təşkilat olaraq şuraya daxil olmaq istəyirik,yoxsa yox. Bundan öncəki sualında gözəldedin ki, "birliyə nail olmaqdan danışmaq,” bəli, danışmaq başqa şeydir, istəməkbaşqa. Əgər şərt qoyulursa "ya biz deyən olmalıdır, yəni, ya şuradan olmalısan,ya da əməkdaşlıqdan söhbət gedə bilməz” bu, artıq birlik deyil, ayrılıqdan xəbərverir. Əvvəllər bizi toplantılara dəvət edərdilər və biz də imkan daxilindəqatılardıq ki, fikir mübadiləsi edək, yeni fikirlərlə tanış olaq. İndi istəməzlərdəvət etməzlər. Dediyim kimi, bu,onların seçimidir.

Qeydetdiyim kimi, bizim təşkilatdaniderlandlılar çoxluq təşkil edir və bu yaxınlarda sıralarımıza daha birniderlandlı, ixtisasca jurnalist, burdakı qəzetlərin birinin sahibi və başredaktoru qatıldı. R. Uotermanın beləbir sözü var: "Təşkilat yalnız bir səbəbdən mövcuddur: təklikdə heç kəsin edəbilməyəcəyi işi görməkdə insanlara kömək etmək üçün.” Bizim öz təşkilatımız varvə işimizi də görə bilirik. Mənim yaradılmış şuradan, diaspora məsul komitədənheç bir gözləntim yoxdur. Hələ şuranınişi necə olacaq, əsasnaməyə əməl olunur, olunmur, əsasnamə harda, kim tərəfdənyazılıb və.s. başqa mövzunun söhbətidir.Bir misal verim, əsasnamədə,3.1.1 bəndində "Koordinasiya Şurasının əlaqələndiricisi”yazılıb. Anladığınız kimi söhbət bir əlaqələndiricidən gedir. Niderland vəBelçikanın bəzi təşkilatlarını özündə birləşdirən şurada isə iki əlaqələndiricivar. Azacıq diqqətlə baxan adam bu əsasnamədəbir-birinə zidd nə qədər bəndlər görə bilər və hələ bir də bunlara əməl edim-etməməkləri də başqa mövzudur.

-Deməyindənbelə çıxır ki, şurada birliyə nail ola bilməyiblər?

Burdayaradılan birlik özündə Niderlanddakı və Belçikadakı təşkilatları birləşdirməliidi. Məndə olan məlumata görə Niderlanddan "Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyi,”Benelüks Azərbaycanlıları Konqresi (BAK), bizim təşkilat, yəni "Connect,”adlarını bəlkə bilmədiyim, unutduğum başqa təşkilatlar, Belçikadan "Azərbaycan- Belçika Dostluq Cəmiyyəti” və yenə adlarını bəlkə bilmədiyim, unutduğum digərtəşkilatların qatılmadığı bir şuraya "birlik” deməyi, "Niderlanddakı vəBelçikadakı təşkilatlar bir araya gəldi” yazmağı düzgün bilmirəm. "Niderlanddavə Belçikada fəaliyyət göstərən bəzi (yaxud bir çox) təşkilatlar bir araya gəldi” yazsalar, desələr problem yoxdur. Əks haldabelə çıxır ki, ya bizi təşkilat kimi tanımırlar, ya da görmürlər. Biz isə varıqvə var olan nəyisə, kimisə görməmək var olanın deyil, görməyənin sorunudur. Sözünüetdiyim təşkilatların xidmətləri barədə isə mətbuatdan məlumat ala bilərsiniz,google bu işdə sizə yardımçı olar (gülür).

-Bəlkə sənəolan münasibətdə başqa səbəb(lər) var. Məsələn, Avropa AzərbaycanlılarıKonqresi (AAK) ilə bağlı yazdığın "Reportaj” adlı yazın...

Odəqiqə də başladın "sənə olan münasibət” deyə. Yenə qeyd etmək istəyirəm ki,heç bir səbəbi araşdırmaq istəmirəm. Xahiş edirəm ki, sözünü etdiyin yazınıoxumayanlar üçün yazının linkini burdabölüşməyimə icazə verəsən (http://www.adalet.az/w154891/Reportaj/#.XA1SKttKiM8).Bir şeyi bilmək lazımdır ki, əgər biz həqiqətəndiaspor fəaliyyətində bir iş görmək istəyiriksə o zaman xaricdəyaşayanlar, yəni bizlər Bakıda, Diasporla İş Üzrə Dövlət Komitəsindəçalışanlara nə etməli olduğumuzu deməliyik.Ona görə ki, bizlər yaşadığımız yerin xüsusiyyətlərini və.s. bilirik vənəyi necə etsək daha yaxşı ola biləcəyini təxmin edə bilərik. Yoxsa orda, kabinetlərdə oturubxaricdə nə etməli olduğumuzu müəyyən etmək, mənim fikrimə görə, effekt verməz.Əksini düşünənlər buyurub Bakıdan gələn qərarlar əsasında işlərini görə bilərlər.

-Sözünüetdiyim yazında AAK – da baş verənlərdən narahatlığını bildirmişdin.

Bəli,yenə də bildirirəm. AAK – ın birincivitse prezidenti Fizuli Məmmədovu AAK – dan uzaqlaşdırdıqlarını dedilər. Əvvalaqeyd edim ki, AAK – ın rəhbərliyi seçilən toplantıda (2017 – ci ilin fevralı) məndə iştirak etmişdim. Nəyin necə baş verdiyini, kimin hara necə seçildiyiniordaiştirak edənlərin hamısı gördü.Deyəcəklərimi düzgün anla, məsələ Fizuli Məmmədovunkimliyindən getmir. Səninlə öncəkimüsahibəmdə demişdim ki, diaspor fəaliyyətinə dəstək vermək istəyən işadamlarını öz istədikləri təşkilatlara yönləndirirlər. Bu gün isə bundan da yanlış olan işlər görürlər. Fizuli Məmmədov bir iş adamıdır. Diaspor sahəsindənə qədər təcrübəlidir, deyil, bu, başqa mövzudur. Ancaqyetərincə tanınmış və imkanlı iş adamı olmasına şübhə ola bilməz. ƏgərFizuli Məmmədovun potensialından, imkanlarından düzgün və yaxşı mənada istifadəolunsa idi, bu, digər iş adamlarımızı da diaspor sahəsinə dəstək verməyə həvəsləndirəbilərdi. İndi isə əksinə, iş adamlarımız düşünə bilərlər ki, Fizuli Məmmədovaqarşı edilənlər onlara da qarşı edilə bilər. Açığnı deyim ki, bəzən düşünürəmki, kimlərsə bilərəkdən iş adamlarını diaspordan kənar tutmağa çalışırlar ki, diaspor təşkilatları mümkün qədər az müstəqilhərəkət edə bilsinlər. Çalışmaq lazımidi və hətta lazımdır ki, iş adamlarımız diaspor fəaliyyətinə dəstək versinlər.Başqa vaxt erməni diasporunu misal gətirirsiniz, onlarda belədir, iş adamlarıerməni diasporuna hər zaman dəstək verir.Bizdə isə iş adamlarını, kömək etmək istəyəni də uzaqlaşdırırıq. Diasporumuzun inkişafı onun təbii yolla inkişafından, işadamlarının diasporumuza yardımından keçir.Mən belə düşünürəm və digərxalqların diaspor tarixi də bunu sübut edir.

Birməqamı da qeyd edim ki, diaspor təşkilatlarının müstəqilliyinə məhdudiyyətyaradılmağa çalışmaq xaricdə yaşayan gənclərimizidə diaspor fəaliyyətindən çəkindirə bilər, onlar xaricdə fərqli düşüncədəböyüyürlər. Ancaq gənclik böyük qüvvədir. Onlaryaşadıqları yerdə böyüdükləri üçünyerli adətləri də, dili də və.s. bizdən yaxşı biləcəklər, əlaqələri dahageniş olacaq. Əbu Turxannın bir sözü yerinə düşür: "İki cür qaranlıq var: artıqyanıb külə dönmüşlərin qaranlığı, bir də hələ heç yanmağa başlamayanlarınqaranlığı! İkinci qaranlıq əslində potensial işıqdır.” Diaspordakı gənclərimizdiasporumuzun potensial işığıdırlar.

-Yaxşı, başqabirsual da verim. Erməni diasporundan danışdın. Onlardalobbiçilik güclüdür. Bizim diasporumuz nə zaman lobbiçilik edəcək?

Bubarədə mənə çox sual verilib və hər dəfə də eyni sözü demişəm. "Palitra” qəzetinəverdiyim müsahibədə bu suala verdiyim cavabı eynilə sizə də verirəm.

Məncə,bunlar tamamilə ayrı-ayrı mənalar daşıyır. Bilirsiniz ki, lobbiçilik Amerikadayaranıb. Əgər nəzəriyyəyə müraciət etsək, görərik ki, "lobbi” ingilis dilindədirvə dilimizdə mənası "dəhliz,” "vestibül” deməkdir. Diaspor isə yunan sözüdür vəbir xalqın öz ölkəsindən kənarda yaşayanlarına deyilir. Əlbəttə ki, diaspornümayəndələri həm də lobbiçiliklə məşğul ola bilərlər. Ancaq bu o demək deyilki, biz diaspor fəaliyyətinə son qoyub lobbiçiliklə məşğul olmalıyıq. Obrazlıdesək, bütün diasporu bir "dəhlizə” sığışdırmaq mümkün deyil. Əvvəla, onu qeydedim ki, heç də bütün diaspor təşkilatlarımız lobbiçilik etmək gücündə deyil vəbuna ehtiyac olduğunu da düşünmürəm. Diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlar,fəaliyyətdə olduğu ölkədəki soydaşlarının da xidmətlərindən istifadə edərək,soy-kökünün bağlı olduğu ölkəni təbliğ edə, tanıtdıra, müxtəlif tədbirlər təşkiledərək soydaşları bir yerə yığa, adət-ənənənin qorunmasına çalışa bilər ki,bura Novruz bayramı, Həmrəylik günü vəs. aiddir. Diaspor fəaliyyəti genişanlayışdır; bura, həmçinin doğma dilində məktəblərin təşkili, musiqimizin təbliğivəs. daxildir. Lobbiçilik isə tam fərqli fəaliyyətdir. Qısa desək, lobbiçilikdövlət və qanunverici orqanların qəbul edəcəyi qərarlara təsir etmək deməkdir.Əsas məqsəd isə hansısa qrupların, dövlətin maraqlarına xidmət etməkdir.Doğrudur, bu gün lobbiçilik fəaliyyəti tam normal hesab olunur, ancaq bu fəaliyyətheç də həmişə yaxşı qarşılanmır. Sirr deyil ki, lobbiçilik fəaliyyəti bəzənxoşa gəlməyən formalarda da həyata keçirilir ki, bunu da müxtəlif cür anlamaqolar. Odur ki, hesab edirəm ki, "lobbiçiliyə keçmək lazımdır” fikrinin sahibləri,fikirlərini bir qədər daha aydın izah etsələr daha yaxşı olar.

-Söhbətimizçox uzun çəkdi deyəsən. İstəyirsən saxlayaq, sonra davam edərik.

Doğrudeyirsən, mən də söhbəti saxlamaq istəyirdim.Ümid edirəm ki, söhbətimizlə kiminsə qəlbinə dəymədik.

Vüqar Abbasov, Niderland.

[email protected]


TƏQVİM / ARXİV