Müğənni Nəfəs Xalq artisti Zeynəb Xanlarovanın repertuarına müraciət edərək məşhur mahnılardan birini yenidən ifa edib.
Adalet.az xəbər verir ki, ifaçı sözügedən mahnıya klip də çəkdirərək ekran həyatı verib. Lakin təqdim olunan versiya sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
İzləyicilər Nəfəsin mahnıya yanaşma tərzini və ifasını tənqid edərək, orijinal ifa ilə müqayisədə zəif alındığını bildiriblər. Bəzi istifadəçilər isə klassik əsərlərə daha həssas yanaşmağın vacib olduğunu vurğulayıblar.
Paylaşım qısa zamanda geniş müzakirələrə səbəb olub və sənətçinin ifası sosial platformalarda ən çox danışılan mövzulardan birinə çevrilib./Milli.Az


Bakı -°C
