Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək
Türkmən xalqının milli lideri, Türkmənistanın Xalq Maslahatının sədri Qurbanqulu Berdiməhəmmədovun mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasında (World Urban Forum - WUF13) iştirak edəcəyi gözlənilir.
Adalet.az xəbər verir ki, bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov Report-a müsahibəsində bildirib.
"Forumun işində türkmən xalqının milli lideri, Türkmənistanın Xalq Maslahatının sədri Qurbanqulu Berdiməhəmmədovun iştirak etməsi gözlənilir. Onun səfəri Türkmənistanda şəhərlərin dayanıqlı inkişafı məsələləri üzrə beynəlxalq dialoqda fəal iştiraka sadiqliyini vurğulayacaq", - o deyib.
Səfir qeyd edib ki, WUF13 dayanıqlı şəhər inkişafının qlobal gündəminin irəliləməsində və müasir urbanistika sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm mərhələ olacaq:
"Türkmənistanda mənzil tikintisi və modernizasiyası, həmçinin əhalinin rahat yaşayış şəraitinin yaradılması məsələlərinə prioritet diqqət yetirilir. Dövlət şəhərsalma siyasətinin əsas istiqaməti əlverişli, müasir və təhlükəsiz şəhər mühitinin formalaşdırılmasıdır. Bu kursun parlaq təsdiqi ölkənin paytaxtı Aşqabad, həmçinin dinamik inkişafı və şəhər infrastrukturunun planlaşdırılmasına kompleks yanaşmanı nümayiş etdirən Arkadaq şəhəridir".
Qeyd edək ki, WUF13 2026-cı il mayın 17-22-də Bakıda keçiriləcək.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

