
2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı üçtərəfli bəyanatın 8-ci bəndi də bu müddəanı əhatə edirdi: "Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir".
Rəsmi məlumatlara əsasən 44 günlük müharibə bitəndən bu günə qədər Ermənistana 1960 cəsəd, 79 əsir qaytarılıb. Əsirlərin şad-şalayan, kefi üstündə, damağı çağ qayıtmasına da Qarabağdakı Rusiya sülhməramlı kontingentinin sabiq komandanı general-leytenant Rüstəm Muradov şəxsən özü nəzarət edib.
Buna baxmayaraq Human Rights Watch təşkilatının bu il martın 19-da açıqladığı hesabatda belə deyilir:”Azərbaycan silahlı qüvvələri 2020-ci il Dağlıq Qarabağ münaqişəsi zamanı "erməni hərbi əsirlərlə pis rəftar edib, onları saxlanma, transfer və həbs zamanı qəddar, alçaldıcı davranışa, işgəncəyə məruz qoyub",
HRW-nin hesabatı dörd keçmiş əsirin ifadəsinə istinad edir və Azərbaycan hökumətini pis rəftarla bağlı bütün iddiaları araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırır.
"Azərbaycan saxlanan bütün hərbi əsirləri və mülki şəxsləri dərhal azad etməlidir," - qurum bildirir.
Xarici işlər naziri Ceyhun Bayramov martın 15-də ATƏT-in fəaliyyətdə olan sədri Ann Linden-in başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bəyan etdi ki, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb, digər saxlananlar üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad olunmuş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir:
"Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir".
Azərbaycan tərəfin atdığı sülhə və asayişə yönəlik bütün addımlar yenə də erməni tərəfi qane etmir.
Erməni politoloq Andrias Qukasyan isə hətta bu məsələyə hiddətini bildirib. Onun fikrincə terrorçu kimi saxlanılanlarda əsir kimi geri qaytarılmalıdır: “Onlarla yeni əsirlər Azərbaycanın əlinə keçdi, bütün bunlar hakimiyyətin aşkar uğursuzluqlarıdır
Nikol Paşinyana sual vermək lazımdır, əsirlər məsələsi ilə sən məşğul olursansa, problemi necə həll etmək niyyətindəsən, hansı düsturla?? Biz axı bu bir ildə o düsturu başa düşmədik”.
Onun sözlərinə görə, bir ildə əsirlər məsələsinə həll etməmək böyük diplomatik məğlubiyyətdir.
Qukasyan bildiirb ki, bu, Ermənistanın hazırkı hakimiyyətinin beynəlxalq aləmdə mövqelərinin nə qədər zəif olduğunu göstərir.
P.S. Human Rights Watch təşkilatı kimi ermənilərin də böyük əksəriyyəti geri qaytarılan əsirlərlə, məhkəməsi gedən terrorçuların fərqini anlamaqda çətinlik çəkirlər. Maraqlıdır: Nə qədər kütbeyn olmaq lazımdır ki, hərbi əsirlərlə, terrorçuları ayıra bilməyəsən...
Yazarın digər yazarlar

Bu tək Razinin - Ziyanın problemi deyil, cəmiyyətimizin problemidir - Əntiqə Rəşid yazır
jpg-1685082530.jpg)
Rusiyanın Ukrayna üçün proqnozları: Deyəsən axı, səhv getdi? - Əntiqə Rəşid yazır

Allah bəndəsinə cəza verəndə əvvəlcə ağlını alır, sonra... - Əntiqə Rəşid yazır
