adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Nazənin aparıcıları qınadı: “Axı o insanın nə həddi var ki…?!”

1266 | 2024-04-16 12:39

Müğənni Nazənin Salayeva aparıcı Zaur Nəbioğlu və Aysel Novruzovanı qınayıb.

Adalet.az xəbər verir ki, müğənni aparıcılara irad bildirməkdən çəkinməyib:

“Xətrinizə dəyməsin, bəzən yalan danışırsınız. Sənətdə heç yeri olmayan bir insanın qarşısına sənətkarların  şəkil qoyursunuz ki, bu insanlar haqda fikir bildirsin. O da gah ağız əyir, gah bəyənmir. Bu doğru və etik deyil. Axı o insanın nə həddi var ki, Firuzə İbadova və ya Ruhəngiz Allahverdiyeva haqda fikir bildirsin. Mən həmin sənətkarları görəndə, hətta səhnədə çıxış edən belə məsuliyyətdən əllərim əsir. Onlar mənim üçün dəyərlidilər”. 

Əntiqə

TƏQVİM / ARXİV