adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

MİRƏLİYEV SƏMİMİLİYİ

MƏZAHİR ƏHMƏDZADƏ
45099 | 2018-01-27 19:34

"Metamorfoz”kitabından

Siyasətlə incəsənətineynicinslik bölgüsü tanınmadığı kimi, onların daşıyıcılarının da fərqlixarakter və dünyagörüşlərə malik olması şübhə doğura bilməz. Əks halda bu,absurd görünər. Ancaq sırf absurdluğun özündə istisna halların baş verməsi dəvar ki, belə olduqda məntiq həmin versiyanı alt-üst edərək bir-birinə uzaq olanbölgülərin "qohumluğunu" üzə çıxarır.

Rusiya LiberalDemokrat Partiyasının sədri Jirinovski çılğın siyasətçidir. Biz onu həm dəşovinist görkəmdə tanımaq məcburiyyətində olmuşuq. Nədən ki, Vladimir Volfoviç əksərçıxışlarında belə bir xarakter və missiyasını rəhbərlik etdiyi partiyanın əsasməramı (?) kimi də aydırmışdır. Burada o, qəbul etsək də, etməsək də siyasətçidir,zərərli, qorxulu təmayüllərlə uğraşan barışmaz idealistdir, sanki birnapalmdır. Azca yumşaq ifadə edərək Rusiya tarixi üçün qədimləşdirsək əgər,İvan Qroznıdır. Ancaq elə ki, Türkiyəni, türkdilli xalqları söyən, aşağılayanJirinovski qəfildən dönüb bizləri, yəni türkləri sevən normal siyasətçi roluna(!) girir...

...Biz eyniaktyorun həm müsbət, həm də mənfi obrazları ustalıqla oynadığının azmı şahidiolmuşuq? İndiki halda biz belə bir çevrilmənin, belə bir metamorfozun baştutmasına da təəccüblənməməliyik. Qeyri-səlis məntiq siyasətlə incəsənətin əksqütblərdə olmadığını məhz bu cür təfsir edir.

Necə ki,özümüzün tanınmış siyasətçimiz - Müasir Müsavat Partiyasının başqanı hörmətliHafiz müəllim bu missiyanı daha orijinal şəkildə həyata keçirir. Bir vaxtlar hətta"ministr" olmuş Hafiz Hacıyevimiz rəhbərlik etdiyi partiyanı daim irəliyəaparmağa, liderliyə qovuşdurmağa can atır. Hətta prezidentliyə namizəd də olur.Azərbaycanın daha qüdrətli və əzəmətli bir ölkəyə çevrilməsini arzulayır. Eynizamanda bütün neqativ hallara qarşı barışmaz mübarizə aparır. Kərimov Əli, Qəmbərovİsa kimi keçmiş iş yoldaşlarını ağır ittihamlarla suçlayaraq səhv vəgünahlarını çəkinmədən üzlərinə deyir. Siyasətçi sözünün ağası olmalıdır: KərimovƏli, Qəmbərov İsa, vəssalam! Qarışdırmaq lazım deyil, Əli Kərim böyükşairimizdir...

Ancaq bu gözəl insan,həm də kəskin

siyasətçi birneçə dəfə elə paradoksal hökmlərə imza atıb ki, xalqımız bunu həmişəxarlayacaqdır. Birini yazsam bəs edər. Dünyanın əlliyə yaxın ölkəsində (təxminirəqəmdir) kitabları nəşr olnan məşhur yazıçının bir qulağını kəsmək istəyirdi.Əlində ülgüc Bakı küçələrini, Əylis bağlarını gəzirdi, Sadığı axtarırdı...

Sonradan necəoldusa ülgücü qatlayıb Niderland dəlləklərinə göndərdi. Bəlkə də yadına VanQoq, bəlkə də Salvador Dali düşübmüş. Buradakı seçimdə müəllif səhv də edə bilər,üzürlü sayın.

Siyasət və incəsənətmövzumuz davam edir.

Mənim vəyaşıdlarımın ilk gənclik illərinin estrada ulduzları indikilər kimi çoxdeyildi. Bu janrda ən tanınmış Azərbaycan sənətçiləri bunlar idi: Oqtay Ağayev,Flora Kərimova, Polad Bülbüloğlu, "Qaya" kvarteti, Hüseynağa Hadıyev,Akif İslamzadə, Brilliant Dadaşova... Təbii, başqaları da var idi. Ancaq hörmətlişairimizin eynən hər dəfə təkrar-təkrar yazdığı kimi, "siz yəqin ki, mənəinanarsınız, səmimiliyimə şübhə etməzsiniz, tərəfkeşlikdə günahlandırmazsınız,zövqümə də şübhə etməzsiniz" ki, o vaxtlar heç kim Oqtayı, Floranı,Poladı, Hüseynağanı, Akifi... buraxıb da Əli Mirəliyevə doğru qaçmayıbdır. Hərçənd,Əli Mirəliyev də oxuyurdu, konsertlərdə olurdu, ancaq bizim müğənnimiz deyildi.Şəxsən mən onu telekanalların şoularında görəndən sonra xatırlayıb yadasalmışam. Davakar, qalmaqal obrazına sözüm yoxdur, bunu çox ustalıqla bacarır.Onu da etiraf etməliyəm ki, oxumağı da yaxşıdır. Sadəcə, görünür mənim musiqianlayışım və zövqüm yerində deyil, mahnılarına axıradək qulaq asa bilməmişəm.Buna görə Əli müəllim məndən inciməz də. Bizlər onun böyük müğənni olmasınıbaşa düşməmişik o vaxtlar. Qədeş çox nüfuzlu sənətçi olubmuş. Hətta indiki bəzixalq artistləri onun çantasını, "boks əlcəklərini" də gəzdiribləraltmış-yetmişinci illərdə. Səməd adlı xalq artistimiz özü bu əhvalatı təbəssümləqarşılayır və etiraf edir. Heç kim cavab qaytarmır Əli qədeşə.

...Onda yüksəksiyasətçi cazibəsi də varmış. Doğrudur, Mirəliyev meydan, maydan siyasətini, hərəkatınıqəbul edən siyasi sənətçilərdən deyil. Onunku daha geniş auditoriyalardır -telekanal şoularıdır. Mirəliyev bu şoulardan çox ustalıqla yararlanaraq özgizli siyasəti ilə xalqımıza töhfələr verməkdədir. O ki mənimtək həmişə özünəqapalı bir Azərbaycan vətəndaşını öz cazibəsinə çəkərək telekanal qarşısındaaxıradək ayaq üstə saxlaya bilir, buna başqa ad da vermək mümkün deyil. Bu günlərdəən klassik məqamı da yaşatdı mənə. Çox sevindim və düzünü deyim ki, ona olanhörmətim qat-qat artdı bundan sonra. Əli müəllimin həyat və yaradıcılığındasiyasətlə incəsənət postmodern bir səviyyəyə çatıbdır. Səmimi yanaşmaları ilə.

Həmişəbaşqalarının evinə qonaq gedən Mirəliyev bu dəfə öz evində qonaq qəbul etmişdi.Teleaparıcı bir çox söhbətlər və bir çox suallardan sonra soruşdu ki, Əli müəllim,sonuncu dəfə hansı kitabı oxumusunuz? Əli Mirəliyevin unikal cavabını yəqinçoxları eşitdi həmin gün. O, heç fikirləşmədən elə beləcə də dedi:

- "Qaravolka", qızılbarmaq Rantik, hə də...

TƏQVİM / ARXİV