MİNGƏÇEVİRLİ YAZARLARIN KİTAB SƏRGİSİ DƏ  MARAQLA QARŞILANDI

417 | 2025-06-02 13:05

31 may-01 iyun 2025-ci il tarixində Mingəçevir şəhərində Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr edilmiş I Mingəçevir Kitab Sərgisi kitab satışı ilə yanaşı, yazıçılarla görüş, imza saatları və s. əlamətləriylə də dərin maraq və önəm kəsb edib.

İki gün ərzində Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsi də yerli yazarların müxtəlif illərdə nəşr olunmuş kitablarını sərgiləyib. Tədbirin ilk günündə mingəçevirli yazarlardan AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə, Bəhman Gülövşəli, Elşən Əzim, Namiq Zaman, Elçin Məhərrəm və Nicat Hunalp “şeir saatı”nda şeirlərini oxuyub, Mingəçevirdə ilk dəfə keçirilən bu önəmli tədbirin davamlı olmasını arzulayıb, öz məhsulların nümayişini və satışını təşkil edən naşirlərə uğurlar arzulayıblar.

Bölmə rəhbəri İsmayıl İmanzadə və tanınmış yazarlardan Zümrüd Rəhimova, Namiq Zaman, Minarə İsgəndər, Elçin Hunalap sərgiyə yön alan oxucuların istəkləriylə öz kiablarını avtoqrafla onlara hədiyyə veriblər.

Tədbirin ikinci günündə isə Yevlax şəhərində yaşayan tanınmış yazar Rəna Nəcəfqızı, həyat yoldaşı Rafiq Abdullayevlə birlikdə mingəçevirli qələmdaşlarının sırasına qatılmış, oxucular qarşısında çıxış edərkən nəşr olunan kitablarından və yaradıcılığından söz açmış, öz məhsullarını sərgiləyən nəşriyyatların və AYB Mingəçevir bölməsinin xeyirxah işlərindən məmnun olduğunu vurğulamışdır.

Ertəsi gün Mingəçevirli yazarların kitab sərgisinə valideynləriylə birlikdə yanaşan fidanları 01 İyun Uşaqların Beynəlxaq Bayramıyla ilgili təbrik edən bölmə rəhbəri “Mən atamın qızıyam”, “Hər çəməndən bir çiçək” və “Tumurcuğum-gözmuncuğum” adlı otuza yaxın kitabını balaca oxuculara sovqat vermişdir. Tədbirin sonunda bölmə rəhbəri sərginin təşkilində fəal iştirak edən yaradıcı həmkarlarına,-Bəhman Gülövşəli, Məmməd Mərzili, Elçin Məhərrəm və Nicat Hunalpa minnətdarlığını bildirmişdir.

ŞAMİL HƏSƏN

yazıçı-publisist

TƏQVİM / ARXİV