adalet.az header logo
  • Bakı -°C

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirildi

97 | 2026-09-17 19:26
A- A+

Sentyabrın 17-də Milli Məclisin Səhiyyə komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.

Adalet.az xəbər verir ki, iclası açan komitə sədri Əhliman Əmiraslanov yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb və gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.

İlk növbədə, komitə sədri 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Səhiyyə komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ötən sessiyada 11 iclas keçirilib və 13 məsələyə baxılıb. Komitə sədrinin qəbul günlərində 500 nəfər vətəndaş qəbul edilib, onların müraciətləri dinlənilərək, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılıb. Bununla yanaşı, sessiya ərzində komitəyə daxil olan ərizə və məktublara baxılaraq, lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Daha sonra, komitə sədri Səhiyyə komitəsinin cari ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Qeyd edib ki, planda payız sessiyasında komitəyə daxil olacaq qanun layihələrinə baxılması, vətəndaşlardan daxil olan müraciətlərə baxılması, müvafiq ictimai dinləmələrin keçirilməsi və digər məsələlər əks olunub.
Müzakirələr zamanı komitənin üzvləri Günay Əfəndiyeva, İlham Məmmədov, Soltan Məmmədov, Müşfiq Məmmədli, Məlahət İbrahimqızı, Pərvanə Vəliyeva və Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

Tədbirdə komitənin üzvü Anatoliy Rafailov və digər rəsmi şəxslər də iştirak ediblər.

  • Sentyabr:
  • 4
  • 11

TƏQVİM / ARXİV